Beynəlxalq Valyuta Fondu da Səudiyyə Şahzadəsinin konfransından imtina etdi

Baxış sayı:
9700

Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Muhamməd bin Salman tərəfindən ev sahibliyi ediləcək olan FII konfransında iştirak etməkdən imtina edən insanların sayı artır. Anadolu Agentliyinin verdiyi məlumata görə, BVF-nin başçısı Kristin Lagarde də Yaxın Şərqə olan planlı səfərini təxirə salıb. Lagarde gələn həftə Səudiyyə Ərəbistanına "Çöldəki Davos" konfransına qatılmq üçün gedəcəkdi.
 
Qeyd edək ki, biznes dünyasının əhəmiyyətli isimlərinə əlavə olaraq, beynəlxalq mətbuat orqanları da konfransda iştirakdan imtina edirlər.
The New York Times, CNN, CNBC, Financial Times, Huffington Post və Bloomberg nəhəng media quruluşları konfransa sponsorluq etməkdən və iştirakdan imtina ediblər.
Ayrıca, The Economist jurnalının baş redaktoru Zanny Minton Beddoes və Los Angeles Times qəzetinin sahibi Patrick Soon-Shiong da konfransa qatılmaqdan imtina edən mətbuat nümayəndələri arasındadır.
Hələ də sponsorlar arasında qalan Amerikan mətbuat təşkilatı Fox, Qaşıqçı'nın hadisəsini yaxından təqib etdiklərini açıqlayıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkəsinin 2030 vizyonunu tanıtmaq məqsədiylə keçən il başlatdığı FII konfransının, Səudiyyəli jurnalist Camal Qaşıqçı'nın 2 oktyabrda İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna girdikdən sonra itkin düşməsi ilə əlaqəli alınan konfransda iştirakdan imtina qərarlarına baxmayaraq keçirilib keçirilməyəcəyi həlləli bəlli deyil.
Müxalifət.az