Beynəlxalq müşahidəçilər seçki ilə bağlı BƏYANATA HAZIRLAŞIR - TƏCİLİ

Baxış sayı:
3550

 

Növbədənkənar prezident seçkiləri üçün müşahidəçilik edən beynəlxalq müşahidəçilər missiyası 12 aprel, cümə axşamı keçiriləcək mətbuat konfransında ilkin seçkidən sonrakı bəyanatı təqdim edəcəklər.
Beynəlxalq müşahidəçilər missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB), ATƏT-in Parlament Assambleyasını (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasını (AŞPA) əhatə edən birgə səylərin birləşməsidir.
 
Bəyanat, ATƏT-in qısa müddətli müşahidə missiyasının Xüsusi Əlaqələndiricisi və Rəhbəri Nilza del Sena, AŞPA nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea, ATƏT PA nümayəndə heyətinin rəhbəri Marqret Kiener Nellen və DTİHB-nın uzun müddətli müşahidə missiyasının rəhbəri Corien Jonker tərəfindən təqdim ediləcəkdir.
 
Beynəlxalq seçki müşahidə missiyası DTİHB tərəfindən ezam edilmiş 265 uzun müddətli və qısa müddətli müşahidəçi, ATƏT PA-nın 48 parlamentarisi və heyəti, AŞPA-nın 37 parlamentarisi daxil olmaqla, 40 ölkənin 350 müşahidəçisindən təşkil edilmişdir.
 
Mətbuat konfransının birbaşa yayımını DTİHB-nın https://www.osce.org/odihr/elections/azerbaijan/374092 internet səhifəsi və ATƏT PA-nın www.oscepa.orginternet səhifəsi vasitəsilə izləmək mümkündür.
 
Jurnalistlər 12 aprel, cümə axşamı, saat 14:30-da Bakı şəhəri, Kövkəb xanım Səfərəliyeva 5 küçəsində yerləşən Holiday İnn otelinin Baku 1 zalında keçiriləcək mətbuat konfransında iştirak etməyə dəvət edilirlər.
 
Muxalifet.az