Beynəlxalq koalisiya İŞİD-in tunellərini məhv etdi

Baxış sayı:
5114

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası İraqın Naynava əyalətində İŞİD döyüşçülərinin gizləndiyi ehtimal olunan tunel və mağara sistemlərini məhv edib.

“TASS” agentliyi xəbər verir ki, İŞİD terrorçularının daldanacaqlarının təsviyyə edilməsi, onları gizlənməkdən və terror planlaşdırmaqdan məhrum edir.

Pentaqon bildirir ki, döyüşçülər tunellərdə çarpayı, soba, işıqlandırma avadanlıqları quraşdırmışdı. Tunellərin uzunluğu 400 metr idi.