​BEYNƏLXALQ KOALİSİYA: İraq "demək olar ki, tamamilə" İŞİD-dən azad edildi

İraq "demək olar ki, tamamilə" İŞİD terror qruplaşmasından azad edilib.
"RİA Novosti" bildirir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bəyanatında qeyd olunub.
Bəyanatda deyilir: "Əl-Kami rayonunun azad edilməsi İŞİD-ə qarşı keçirilən kampaniyada mühüm rol oynayır. İraq təhlükəsizlik qüvvələri qlobal koalisiyanın dəstəyi ilə demək olar ki, İraqın bütün ərazisini İŞİD-dən azad ediblər".
Qeyd edək ki, İraq hərbçiləri pktyabrın 3-ü Suriya ilə sərhəddə yerləşən Əl-Kami şəhərini azad ediblər.