​Beynəlxalq Avtovağzalın sökülmə təhlükəsi…

“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Lent.az-a açıqlamasında bildirib.
Ələmdar Piriyev bildirib ki, Avtovağzal kompleksi ərazisində oturma, aşınma prosesi hələ də davam edir, gün keçdikcə çatlarda genişlənmə müşahidə olunur: “Hazırda həmin ərazidə bərpa işləri davam etdirilir. Ərazi nəzarətdədir”.
İstinad divarının çox ciddi təhlükə yaratdığını vurğulayan Ə. Piriyev bildirib ki, Avtovağzal kompleksinə doğru sürüşən divar uça bilər: “İstinad divarının sökülməsini təklif etmişik. Çünki yağışların intensivləşdiyi zaman divar uça, beton dağıla bilər. Çox ciddi fəsadlar yaşanmasın deyə divarın tez bir zamanda sökülməsi, yenidən bərpa olunması mütləqdir”.