Beyləqanda itkin düşmüş kişinin arvadının sifarişi ilə qətlə yetirildiyi məlum olub

Baxış sayı:
3187

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

Bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıb. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir. (Report)