“Beşiktaş”ın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb
18-03-2019 16:49
Baxış sayı:
5470
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan milli komandanın iki üzvü heyətdən kənarlaşdırılıb.
Bunlar MOİK-in üzvü Abbas Ağazadə və Türkiyə “Beşiktaş”ının oyunçusu Hüseyn Seyliğlidir. Hər iki futbolçu zədəli olduğu üçün komandanın düşərgəsində yer almayacaq.