​"Beşiktaş" "Portu" ilə heç-heçə etdi – SƏKKİZDƏBİR FİNALA YÜKSƏLDİ

İstanbulun "Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib.
Belə ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində keçirdiyi beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edən istanbullular xallarının sayını 11-ə çatdıraraq "G" qrupunda liderliklərini rəsmiləşdiriblər.
Matçın 29-cu dəqiqəsində "Portu" Felipenin qolu ilə hesabda irəli çıxıb. Lakin ilk hissənin sonuna yaxın "Beşiktaş"ın heyətində Taliska hesabı bərabərləşdirib - 1:1.
Beləliklə, qrupda üç qələbə və iki heç-heçə edən "Beşiktaş" UEFA Çempionlar Liqasında öz qrupunda lider olan ilk türk klubu adını qazanıb.
İstanbul təmsilçisi qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandasının qonağı olacaq.
“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Slovniyanın “Maribor” komandası ilə 1-1 hesablı heç-heçə edib.