​"Beşiktaş" "Bavariya"nın qapısına yol tapdı - Yenilənir

Baxış sayı:
9151

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Muxalifet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" "Bavariya"nı qəbul edir. Bu oyun daha çox formal xarakter daşıyır. Çünki İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı yenilginin əvəzinin çıxması inandırıcı görünmür.
Günün digər görüşündə "Barselona" "Çelsi"ni sınağa çəkəcək.
Alkantra matçın 18-ci dəqiqəsində "Bavariya"nı hesabda irəli çıxardı: 1-0.
Gökhan Gönül ikinci hissənin əvvəlində avtoqol müəllifi oldu: 2-0.
"Beşiktaş" matçın 59-cu dəqiqəsində Vaqner Lavın qolu ilə fərqi azaltdı: 2-1.