​Beşdən çox uşağı olan qadınlara ŞAD XƏBƏR

Baxış sayı:
12466

Azərbaycan prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.
Muxalifət.az-ın məlumatına görə, prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.