Berluskoni selfi zamanı yıxıldı - SABİQ BAŞ NAZİR XƏSTƏXANALIQ OLDU

Baxış sayı:
6892

İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni Zaqrebdə Avropa Xalq Partiyasının konqresi zamanı  yıxılıb və xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” xəbər verir ki, 83 yaşlı Berluskoni onunla selfi çəkdirmək üçün insanların sıxlıq yaratması səbəbindən yıxılıb. Keçmiş Baş Nazirin omba, körpücük sümüklərinin sındığı xəbərləri yayılsa da, Berluskonin qərargahından verilən açıqlamada məlumat təkzib olunub.

Siyasətçinin yüngül zədələr aldığı qeyd edilib./Qafqazinfo