​Berlində qasırğa səbəbindən fövqaladə vəziyyət

Almaniyaya "Hervart" qasırğası üz verib.
Güclü külək səbəbindən Berlində fövqəladə vəziyyət rejimi tətbiq edilib, Muxalifet.az Berlin yanğın xidmətinin "Twitter" səhifəsinə istinadən xəbər verir. 
Məlumata görə, paytaxtda ağacın aşması nəticəsində azı bir nəfər xəsarət alıb.
Almaniyanın bir sıra digər regionlarında da vəziyyət gərgin olaraq qalır. "Deutsche Bahn" dəmiryolu konserni "Hervart" qasırğası səbəbindən dəmiryolu rabitəsinə məhdudiyyətlərin tətbiq olunduğu bəyan edib.
"Bremen, Hannover, Braunşveyq, Göttingen, Volfsburq, Hamburq, Kil, Berlin, Drezden və Leypsiqdə hazırda şəhərlərarası dəmiryolu nəqliyyatı xidmət göstərmir", — deyə şirkətin məlumatında bildirilir.