​Berlin Nikolu 42 erməniyə cinayət işi açmaqla “qarşıladı”

Baxış sayı:
4453

Almaniya federal hakimiyyəti erməni mafiyasının ölkədə genişmiqyaslı fəaliyyət göstərdiyini etiraf edib.
Muxalifet.az xəbər verir ki, hakimiyyət alman mediasının araşdırmasını təsdiqləyib və erməni qanuni oğruların fəaliyyətinin bütün ölkəni əhatə etdiyini bildirib.
Polisdən qeyd edilib ki, hazırda 42 erməni mafioza qarşı 14 cinayət işi açılıb.
"Der Tagesspiegel" nəşri cinayət işinin Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri vaxtına düşdüyünü bildirib. Ermənilər çirkli pulların yuyulması, güc tətbiqi, fırıldaqçılıq və s. əməllərdə ittiham edilir. İndiyə qədər bu şəxslərdən yalnız birinə qarşı ittiham elan etmək mümkün olub. Nəşrin qeydinə görə, erməni mafiyasi italyan mafiyası ilə birgə iş qurub.
Qeyd edək ki, bundan öncə erməni mafiyasının iki üzvü Almaniyada həbs edilmişdi.