​Beren Saat Kənan Doğuludan ayrılıb? – AKTRİSADAN AÇIQLAMA GƏLDİ

Baxış sayı:
2617

Fevralın 26-da özünün İnstaqram hesabında kədərli ad günü paylaşımı ilə hər kəsi təəccübləndirən aktrisa Beren Saat rəfiqəsi Əsra Dərmancıoğlu ilə görüntülənib.
 
Teleqraf.com xəbər verir ki, Nişandaşında görüşən rəfiqələr 2 saata yaxın kafelərdən birində söhbətləşib.
 
5 ildir müğənni Kənan Doğulu ilə evli olan Beren Saat jurnalistlərin boşanma iddiaları barədə suallarını "Mənə bir az zaman verin" deyərək cavablayıb.
 
Aktrisanın həmçinin 10 ildir istifadə etdiyi avtomobilini dəyişdiyi məlum olub.