Benzinin qiyməti qalxıb, YA QALXMAYIB? – QALXIBSA, BƏS MEDİA NİYƏ SUSUR?!

Azərbaycanda heç bir ciddi iqtisadi əsas olmadan benzinin qiyməti qaldırıldı.
Ona görə iqtisadi əsasdan danışdım ki, bu artım təkcə benzinlə məhdudlaşmır. Bütün cəmiyyətin, o cümlədən hər ailənin həyatını bahalaşdırdı. Bundan sonra bütün gediş haqlarl qalxacaq, yanacaqla daşınan bütün ərzaq, o cümlədən kənd təsərrüfatı malları bahalaşacaq. Bir sözlə hökümət həyatı bahalaşdırdı.
Amma buna rəğmən maraqlıdır ki, sanki heç nə baş verməmiş kimi media SUSUR. Elə hər kəs ağzına su almağı yuxarıdan tapşırıq olaraq alıb. HANI bu MEDİA KAPİTANLARI, AĞZINA ÇULLU DOVŞAN YERLƏŞMƏYƏN MEDİA “GENERALLARI”?

Yoxsa sizin fəaliyyət dairəniz elə bu qırmızı xətlərə qədərmiş?!

Axı xalq sizdən bu bahalaşmanın mahiyyətini, onun doğurağacağı nəticələrin izahını gözləyir. Anlaşıldı, bu məsələlər sizin artıq sizin səlahiyyət dairənizə girmir. Amma bunları da etiraf etmək lazımdır ki, xalqın gözü yolda qalmasın...
Elə məhz buradan baxanda jurnalistlər üçün tikilən pulsuz evlərin mahiyyəti açılır. Yəni bu evlər jurnalistikaya susmaq, eyiblərə kor olmaq üçün verilir. Ona görə də ev alacaq jurnalistlər siyahı açıqlanmadan bu “həssas” ərəfədə özünü yandırmaq istəmir.
Məhz buna görədir ki, normal və demokratik ölkələrdə jurnalistləri ev paylamaqla onları əl quzusuna çevirmirlər.
İndi də keçək əsas mətləbə. Bəzi media qurumları yanacağın yalnız qalxması barədə informasiya verməklə yetiniblər. Olsa – olsa bir də ictimai şüura yeritməyə çalışırlar ki, benzinin qiyməti digər ölkələrdə daha bahadır. Və bu yöndə konkret qiymətlər də yazırlar. Bunlar gerçəklərdir və həqiqətən də neft istehsal etməyən ölkələrdə benzinin qiyməti nisbətən baha olması normaldır.
Amma nədənsə bu gerçəkləri yazanda bir də neft istehsal edən ölkələri unudurlar. Axı onlarda da benzin satılır və qiymətlər heç bizimkindən baha deyil. İndi də neft istehsalı olan ölkələrdə benzin qiymətlərini yazırıq.
Məsələn, Venesuelada benzinin 1 litri 0.01 Amerika dolları, Səudiyyə Ərəbistanında 0.24, Türkmənistanda 0.27, Küveytdə 0.34, İran və Misirdə 0.36, Qətərdə 0.45, ABŞ-da isə 0.68 dollardır.
Gördüyünüz kimi, onların içində ən bahalı ölkə Azərbaycandır. Ancaq təəssüf ki, vətəndaşın qazancı bu bahallıqla tərs mütənasibdir. Axı bizdə olanların heç bir analoqu olmur...
Müxalifət.az