Benzinin pulunu ödəməyib, işçini maşınla vurdu

Baxış sayı:
2725

Rusiyanın Sankt-Peterburq şəhərində aldığı benzinin ödənişini etməyən sürücü yanacaqdoldurma məntəqəsinin əməkdaşını öz avtomobili ilə vuraraq hadisə yerindən qaçıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Beşinci kanal” məlumat yayıb.
İnsident müşahidə kamerasına düşüb.
Görüntülərdə tünd göy rəngli maşının yanacaqdoldurma məntəqəsində dayandığı bəlli olur.
Ardınca sürücünün ödəniş etmək məqsədilə avtomobildən endiyi məlum olur.
Daha sonra sözügedən şəxs qaçaraq yenidən nəqliyyat vasitəsinə əyləşir və oranın əməkdaşını maşınla vuraraq ərazidən uzaqlaşır.
Hazırda həmin sürücünün axtarışları aparılır.