Belorusiya prezidenti Lukaşenko Rusiya ilə "birləşmək" istəmir

Baxış sayı:
514

Belorusiya lideri Aleksandr Lukaşenko Moskvanın həmişə “yeni şərtlər” irəli sürdüyünə görə Rusiya ilə birləşmənin məqsədəuyğun olduğuna dair şübhələrini dilə gətirib.
 Muxalifet.az bu barədə BELTA  agentliyinə istinadla xəbər verir.
“Bizdə nə baş verir? Hər il bizə yeni şərtlər qəbul elətdirmək istəyirlər. Nəticədə biz iqtsadiyyatda dayanmadan itiririk. Belə ittifaq kimə lazımdır?”, deyə Lukaşenko sual səsləndirib. Onun sözlərinə görə, Lukaşenko rus həmkarına – Vladimir Putinə öz mövqeyini bildirib. “Biz onunla dostuq, mən ona hər şey açıq şəkildə deyə bilirəm”, o qeyd edib.
“Bizim cəmiyyətin həyati vacib prinsiplərinə və konstitusiyamıza zidd olan heç bir sənədi təsdiq etməyəcəm və imzalanmayacağam. Bu əsas prinsip isə suverenlik və dövlətimizin müstəqilliyidir”, Lukaşenko deyib. O, həmçinin qeyd edib ki, “Belorusiya parazit deyil və olmaq da istəmir”.
Lukaşenko 14 noyabrda Rusiya dövlətinin göstərdiyi bütün xidmətlərin qiymətləndirilməsini hesablamağı təklif etmişdi. Onun fikrincə, iki dövlətin inteqrasiyasına dair danışıqlar mərhələsindən əvvəl bunu etmək lazımdır. “Hər şeyi masanın üzərinə qoyub demək lazımdır: əziz böyük qardaşlar – ruslar, baxın, biz sizə hansı xidmətləri göstəririk, bunlar heç də ucuz deyil”, o qeyd edib. Belorusiya lideri həmçinin Rusiyanı “KİV-lərdə, hətta dövlət səviyyəsində Belorusyanı – ayaqlardan asılmış yük kimi göstərməməyə”, çağırıb.   
Muxalifet.az