Belorusiya prezidenti BƏƏ-yə müalicəyə gedib. Diaqnozu...

Baxış sayı:
11220

Belorusiya prezidenti Aleksandr Lukaşenko 4 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə gizli şəkildə müalicəyə gedib. Bu barədə NEXTA teleqram – kanalına Belorusiyanın BƏR-dəki nümayəndə heyətinin adının anonim saxlanmasını istəyən üzvü xəbər verib.
Yüksək çinli məmurun sözlərinə görə, Lukaşenko hava limanından birbaşa Abu-Dabidəki yerli klinikalardan birinə gedib. Klinikanın VİP-bölməsinə yalnız yerli həkimlər buraxılır, Belorusiya liderinin diaqnozu gizli saxlanılır. Lukaşenkonun mətbuat xidməti vəziyəti elə idarə edir ki, guya o , öllkədədir.
Prezidentin korteji Abu-Dabi klinikasının maşın dayanacağında park olunub. Dünyadakı ən yaxşı tibb mərkəzlərindən biri sayılan bu klinikada postsovet ölkələrinin liderləri müalicə olunur.
Xatırladaq ki, informasiya rəsmi təsdiq olunmayıb.
Muxalifet.az