Belorusiya ilə Avropa Birliyi arasında viza rejimi sadələşdirilir

Baxış sayı:
9754

Avropa Şurası Belorusiya ilə viza rejiminin sadələşdirilməsi barədə qərarı təsdiq edib. İttifaqın rəsmi jurnalında dərc edilmiş sənədə görə, AŞ vizanın sadələşdirilməsi üzrə saziş bağlamağa hazırdır.

Sənəddə sazişin bağlanması sadələşdirilir, həmçinin, insan hüquqlarına, ölüm hökmünə və ölkədə islahatların keçirilməsinə aid də müddəalar yer alır. Bundan başqa Belorusiya iqtisadiyyatına gələcək yardımlar da xatırladılır. Sənədin müəllifləri qeyd edirlər ki, nəzərdə tutulmuş ssenari üzrə əməkdaşlığın genişləndirilməsi-vizanın sadələşdirilməsi həm vətəndaşlar arasında əlaqələrin genişləndirilməsinə, həm işgüzar münasibətlərə kömək edəcək.
Muxalifet.az