Belçikaya keçmişi ilə bağlı çağırış: Üzr istə!

Baxış sayı:
10660

BMT-nin bir qrup eksperti Belçikaya öz müstəmləkəçi keçmişinə görə üzr istəməsini tövsiyə edib.
Muxalifet.az xəbər verir ki, Belçika ermənilərin mif yaradıcılığına lobbiçilik edənlərin yedəyində gedən və qondarma “erməni soyqırımı”nın tanınması barədə heç bir əhəmiyyət kəsb etməyən parlament qətnamələri qəbul edən ölkələr sırasındadır. Özü də Brüssel dəfələrlə Ankaranı “öz keçmişinə cəsarətlə baxmağa və cinayətlərini etiraf etməyə” çağırıb.
Birdən-birə Belçikanın özü üçün gözlənilməz olan belə xoşagəlməz hadisə baş verib. Bununla belə, ölkənin Baş naziri Şarl Mişel məruzəni “çox qəribə” adlandırıb və ölkəsinin keçmişinə “cəsarətlə baxmağa” hazırlıq nümayiş etdirməyib.
Qeyd edək ki, XIX əsrin sonundan XX əsrin ortalarına qədər Belçikanın Mərkəzi Afrikada geniş müstəmləkələri olub və o, bu ərazilərdə bəşəriyyət əleyhinə cinayətlər törədib.