Belçikadan Kaspar Karampetyanı dayandırmağı tələb edirlər

Baxış sayı:
3373

Shange.org-da Belçika hakimiyyətindən erməni mafioz təşkilatı olan “Demokratiya və ədalət uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri və "Daşnaksutyun"un Avropa qanadının liderlərindən bir Kaspar Karampetyanın qanunsuz fəaliyyətinin dayandırılmasını tələb edən petisiya yerləşdirilib. Virtualaz.org-un məlumatına görə, petisiyada göstərilir ki, Kaspar Karampetyan Avropa və Belçika parlamentləri üzvlərinin ələ alınmalarına böyük vəsaitlər xərcləyir. K.Karampetyan öz qanunsuz şəbəkəsinə Avropa Parlamentinin bəzi deputatlarını, eləcə də Belçikanın federal və regional parlamentarilərini cəlb etməyə nail olub. Petisiyada qeyd olunur ki, K.Karampetyanın bütün fəaliyyəti Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin təbliğatına yönəlib:"Baxmayaraq ki, beynəlxalq ictimaiyyət Qarabağdakı separatçı rejimi tanımır, Kaspar Karampetyan Azərbaycanın işğal edilmiş ərazilərinə bəzi Avropa və Belçika parlamenti üzvlərinin səfərlərini təşkil edir və maliyyələşdirir. K.Karampetyan 2018-ci ildə Avropa siyasətçilərinin işğal edilmiş Qarabağa səfərlərinə böyük məbləğlər ayırıb". Petisiyada vurğulanır ki, haqqin.az və virtualaz.org saytlarında Karampetyanın cinayətkar fəaliyyəti haqqında məqalələrin yayılmasından sonra o, müstəqil KİV-ə təzyiq göstərməyə və onları hədələməyə başlayıb. Bütün bu faktlara əsasən petisiya müəllifləri Belçikanın hüquq-mühafizə orqanlarına müraciət edərək Karampetyanın Avropa və Belçika siyasətçilərini ələ alması üzrə cinayətkar fəaliyyətinin araşdırılması üçün təhqiqqat aparılmasını tələb edirlər.