​Belçikada Səudiyyəyə etiraz: qətliamı dayandırın! - Foto

Baxış sayı:
196

Belçikanın paytaxtı Brüsseldə Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib.
Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Belçikadakı səfirliyi önündə toplaşan etirazçılar Səudiyyənin Yəmən müharibəsindəki fəaliyyətlərinə qarşı çıxıblar.
Aksiya iştirakçıları “Yəmən xalqı ilə həmrəylik”, “Qatil Səudiyyə”, “Terrorçu Səudiyyə”, “Yəməndəki qətliamı dayandırın” kimi şüarlar səsləndiriblər.
Belçikadakı Yəmən dərnəklərinin təşkil etdiyi aksiyada 100 nəfər iştirak edib.
Qeyd edək ki, Yəməndə 4 il əvvəl başlayan daxili müharibə ölkədə son 100 ilin ən böyük aclıq böhranına səbəb olub. Yəməndə hökumətə qarşı çevriliş edən husilər 2014-cü ildən paytaxt Səna şəhəri və bəzi bölgələri ələ keçirib. 2015-ci ilin martından Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya Yəmən hökumətinə dəstək verir.