​Belçikada partlayış: Ölən və yaralananlar var...

Baxış sayı:
7453

Belçikanın Antverpen şəhərində yerləşən “İndaver” tullantı emalı zavodunda güclü partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, olay nəticəsində 1 nəfər həlak olub, 4-ü isə yaralanıb.
Zavodun mətbuat xidmətinin yaydığı məlumata görə, partlayış yağ tullantılarının saxlanıldığı anbarda qeydə alınıb.
Olayın dəqiq səbəbi hələ ki, bəlli deyil.