​Belçikada minlərlə insan aksiyaya başladı

Baxış sayı:
2902

Belçikanın paytaxtı Brüsseldə irqçiliyə qarşı etiraz aksiyası keçirilib.
Muxalifet.az xəbər verir ki, ölkədəki qeyri-hökumət təşkilatlarının çağırışına əsasən minlərlə insan paytaxtda yerləşən Şimali dəmiryol stansiyasına toplaşıb. Etirazçılar irqçilik əleyhinə şüarlar səsləndirib və xarici ölkələrdən gələnlərə qarşı pis rəftarı qınayıb.