Belçikada azərbaycanlının meyitini yandırmaq istəyirlər: Ailəsi çarəsiz durumda

Baxış sayı:
2326

Belçikadan sığınacaq istəyən azərbaycanlı ailə başsız qalıb.
 
AzEuroNews.com xəbər verir ki, Belçikadakı qaçqın kampında qalan İbrahimovlar ailəsinə ağır itki üz verib. Belə ki, ailənin başçısı Elçin İbrahimov vəfat edib.
Mərhumun nəşinin Azərbaycana göndərilməsi üçün pul istəyən Belçika hökumətinin bu istəyi qarşısında hazırda kampda qalan mərhumun xanımı Aytən İbrahimova və iki azyaşlı uşağı çarəsiz duruma düşüb.
Belçika hökuməti mərhum Elçin İbrahimovun meyitinin Azərbaycana göndərilməsi üçün 4 min avro pul istəyir. Məbləğin 500 avrosunu ödəməyi dövlət öz üzərinə götürüb. Tələb olunan məbləğ verilməsə meyit yandırılacaq.
 Ailəsi isə, mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Artıq “facebook”da ailəyə kömək üçün pul toplanılmasına başlanılıb.