Belçika və İslandiyadan Ermənistana silahlar gətirilir - TƏYYARƏ GECƏ YARISI YOLA DÜŞÜB...

Baxış sayı:
1948

Oktyabrın 11-də İslandiyanın Keblavik şəhərindən Mülki Aviasiya təyyarəsi ilə Ermənistan ordusu üçün müxtəlif silahlardan ibarət daha bir hərbi yük gətirilib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl İslandiyanın paytaxtı Reykyavikdən Ermənistana döyüş sursatı ilə dolu nəqliyyat təyyarəsinin yola düşməsi barədə məlumat verilmişdi.

Gecə yarısı isə Belçikanın Lyej şəhərindən başqa bir təyyarə də havaya qalxıb. Hava gəmisi Yerevan vaxtı ilə saat 04:39-da Zvartnots hava limanına enib.