​BELÇİKA MƏHKƏMƏSİ PUÇDEMON VƏ DÖRD SİLAHDAŞINI AZAD ETDİ

Belçika məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və onun dörd silahdaşını onların İspaniya hökumətinə təhvil verilməsi ilə bağlı qərar qəbul olunanadək zaminə buraxıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Kataloniya Milli Assambleyasının rəhbər müavini Aqusti Alkoberro öz "Twitter" səhifəsində yazıb.
"Kataloniyanın sabiq rəhbəri və onun silahdaşları azadlığa buraxılıb", - deyə o yazıb.