Belarusu qarışdırmaq üçün göndərilən rusiyalı muzdluların görüntüləri yayıldı - VİDEO

Baxış sayı:
2053

Belarus televiziyası Minsk ətrafında ötən gecə  tutulan 32 rusiyalı muzdlu barədə reportaj verib. Virtualaz.org xəbər verir ki, reportaja əsasən Belarus KQB-sinin xüsusi təyinatlıları muzdluların yerləşdiyi pansionata gecə saatlarında basqın edir və onları yatan yerdə yaxalayır. Kadrlardan görünür ki, saxlanılanların bir çoxunun bədənlərində kriminal aləmlə və muzdlu hərbi fəaliyyətlə əlaqəli olan “nakolkalar” yer alır.

Saxlanılanların geyimlərində “Bizim biznes ölümdür və biznes yaxşı gedir” sözləri yazılmış nişanlar, ərəb dilində mətn, dollarlar, Rusiya rublu və Sudan pulları, hərbçiləri üçün detektora dair təlimat, ərəblərin baş örtüsü, Rusiya pasportları, prezervativlər tapılıb.

Bu ləvazimatlar arasında hərbçilərin uniformasına bərkidilən “özümüzünkü-yad” vericisinə dair təlimat xüsusi diqqət cəlb edir. Bu vericilər xüsusi təyinatlı döyüşçülərin uniformalarında olur və onların məqsədi gecə döyüşləri zamanı gecəgörmə kameraları tərəfindən döyüşçünün identifikasiyası, beləliklə də onlara “dost atəşinin” açılmasının qarşısının alınmasıdır. Belarus ordusunda belə vericilər yoxdur və o, əsasən ABŞ ordusunda tətbiq olunur.

Xatırladaq ki, Belarus hüquq mühafizə orqanları avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində ölkədə qeyri-stabillik yaratmaq üçün Rusiyadan 200-ə yaxın muzdlunun göndərildiyini bəyan edib. Onlardan bir qrupu yaxalanıb./Virtualaz.org