​Belarusla siyasi məsləhətləşmə keçirildi

Baxış sayı:
157

Bakıda VI Azərbaycan-Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Belarus səfirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin konsulluq xidmətinin inkişafına dair təcrübə mübadiləsi, konsulluq, miqrasiya, sərhəd xidməti sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunması sahəsində xarici siyasət idarələri arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Görüşə Belarus Xarici İşlər Nazirliyinin Təhlil, Planlaşdırma, Viza və Tarif Siyasəti İdarəsinin rəhbəri – Baş Konsulluq İdarəsinin rəhbəri Aleksanr Qaneviç və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin rəhbəri Faiq Bağırovun rəhbərlik etdikləri nümayəndə heyətləri qatılıb.

Belaruslu qonaqlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında "ASAN xidmət"ə baş çəkərək elektron vizaların verilməsi ilə tanış olublar.