​Belarusda borc üçün taxta tualet satışa çıxarıldı

Baxış sayı:
2518

Belarusun dövlət onlayn hərrac şirkəti RUP "Belyorobespeçenie" rəsmi saytında istifadə olunmuş taxta tualeti hərraca çıxarıb. Muxalifet.az Sputnik Belarus-a istinadən xəbər verir ki, qeyri-adi hərrac "PMK-225" "Bərabər potensiallı bağlantı sistemi" borclarının geri qaytarılması üçün təşkil edilib. Təklif etibarsız sayılıb. Lot üçün ilkin məbləğ 200 Belarus rublu (təxminən 100 dollar), depozit məbləği isə 20 rubl təşkil edib. "Belyorobespeçenie" bu uğursuz hərrac zamanı 12,09 rubl xərcləyib. Hərrac haqqında məlumatlar hətta rəsmi dövlət mətbuatında da yerləşdirilib. Hərrac yenidən qiymətləndirmə üçün təxirə salınıb. Qeyd edək ki, bu şirkət ötən ilin qış aylarında da buna bənzər taxta tualeti hərraca çıxarmış və həmin hərrac da uğursuz nəticələnmişdi.