Belarus NATO təlimlərində iştirak etmək istəyir

Baxış sayı:
3535

NATO, ölkəni 2020-ci ildə müşahidəçi olaraq hərbi təlimlərdə iştirak etməyə dəvət etsə, Belarus minnətdar olacaq.
Muxalifet.az
BELTA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Belarus Xarici İşlər Nazirliyinin çoxtərəfli diplomatiyanın əsas idarəsinin beynəlxalq təhlükəsizlik və silah nəzarəti şöbəsinin müdiri vəzifəsini icra edən Vasili Pavlov Minskdə keçirilən "Beynəlxalq təhlükəsizlik və NATO 2019-cu ildə" mövzusunda keçirilən seminar zamanı deyib.
Onun sözlərinə görə, bu istək Minskin beynəlxalq təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlı narahatlığı ilə əlaqədardır. Pavlov "etimadın qarşıdurma ilə qopduğunu və dialoqun ittihamçı ritorika ilə əvəz olunduğunu" vurğuladı, belə şəraitdə Rusiya ilə NATO arasında dialoqun qurulması prosesinin çox vacib olduğunu bildirdi. O, həmçinin Minsk Atlantik İttifaqı ilə əməkdaşlıqda toplanmış müsbət təcrübəsindən bəhs etdi.
Muxalifet.az