Belarus HHM - Düşmən ordusu üçün aşılmaz sədd

Baxış sayı:
5563

“Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında silah və Hava Hücumundan Müdafiə avadanlıqlarının təchiz edilməsində əməkdaşlığın inkişafı haqqında Anlaşma Memorandumunun imzalanması sensasiya hesab edilə bilməz. Bu, Minsk ilə Bakı arasında uzun illərdir davam edən əməkdaşlığın tərkib hissəsidir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Berlin Azad Universitetinin siyasi elmlər doktoru, Ostroqorski Mərkəzinin (Minsk-London) analitiki Sergey Boqdan bildirib.
Onun sözlərinə görə, bir çoxları bunu Belarusun da cəlb edildiyi KTMT və Ermənistanın ətrafında baş verən qarşıdurmada növbəti addım kimi dəyərləndirir.
“Lakin keçmiş ikitərəfli Belarus-Azərbaycan əlaqələrini nəzərə alaraq, bu qarşıdurmanın baş vermədiyi təqdirdə belə tərəflərin eyni müqavilələrə imza atacaqlarnı əminliklə söyləmək mümkündür.
Hansı avadanlıq və hansı təchizatdan danışırsız? Belarus Azərbaycanda mövcud olan sistemlərin modernləşdirilməsində, bir sıra radarların təchizatında, Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin genişləndirilməsində öz xədmətlərini təklif edə bilər. Axı Belarus artıq Venesuela kimi böyük bir ölkənin ərazisində belə bir sistemin yaradılmasına kömək edib. Eyni zamanda, Belarus Sovet HHM sisteminin modernizasiyasından təmamilə imtina edərək, özünün yeni sistemlərinin istehsalına keçməyə hazırlaşır. “Plonez”lərin inkişaf etdirilməsinə paralel olaraq, Minsk 2010-cu ilin əvvəllərində Pekinlə birlikdə, yeni bir hava hücumundan müdafiə sistemi yaratmağa başlayıb”, - deyə Boqdan qeyd edib.
Belaruslu analitik, ölkəsinin “Polonez”dən başqa Azərbaycana yeni yaradılan HHM sistemləri də verməyə hazır olduğunu vurğulayıb: “Azərbaycan, Rusiyanın Ermənistana göndərdiyi “İskəndər” tədarükünü neytrallaşdırmaq məqsədilə ilə artıq “Plonez” YARS-dan istifadə edir. Erməni rəhbərliyinin reaksiyasını nəzərə alaraq demək olar ki, neytrallaşma uğurlu olub. Belarus artıq Çin ilə əməkdaşlıq etmək üçün yeni hava hücumundan müdafiə sistemi yaradır və bu, Bakı üçün də maraqlı ola bilər. Ötən il Belarus nümayəndələri orta səviyyəli hava hücumundan müdafiə sistemlərinin müvəffəqiyyətlə inkişaf etdirdiklərini açıqladılar, maket artıq hazırdır, yalnız raket komponenti ilə bağlı bir neçə xırda məsələ aradan qaldırılmalıdır.
Yeni Belarus hava müdafiə sistemi nə üçün Azərbaycana maraqlı ola bilər? Çünki Ermənistan ordusuna və onun mümkün müttəfiqlərinə, Sovet texnologiyaları əsasında qurulan hava hücumundan müdafiə sistemləri ilə müqayisədə Belarusun təqdim etdiyi daha həssas sistemlərlə mübarizə aparmaq daha çətin olacaq. Eyni zamanda, onlar Qərb analoqları ilə müqayisədə Azərbaycana daha uçuz başa gələcək, Qərb şirkətlərindən fərqli olaraq Minsk və Pekindən olan texnologiyanı əldə etmək isə daha asan olacaq”./Ordu.az