Belarus gözəli 22 yaşında deputat oldu - FOTOLAR

Baxış sayı:
9640

Belarus parlamentinin aşağı palatasına keçirilən seçkilərtin nəticəsi məlum olub. Muxalifet.az Belarus KİV-nə istinadən xəbər verir ki, öz dairəsində səslərin 28,94%-ni toplayan 22 yaşlı Mariya Vasileviç deputat mandatı qazanıb. Ötən ilin mayında “Belarus gözəli” yarışmasına da qatılan gənc xanım dəfələrlə ölkə başçısı Aleksandr Lukaşenko ilə birgə rəsmi tədbirlərdə görülüb. O, “Sabahın xeyir, Belarus” proqramının aparıcısı olub. Vasileviç Belarus tarixində ən gənc deputat seçilən şəxs kimi düşüb.