Belarus: “Belarus və Rusiya orduları Avropanın qarantıdır”

Belarus və Rusiya orduları Avropanın stabilliyinin zəmanətçisidir. 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Andrey Ravkov söyləyib. Ravkov həmçinin bir müddət öncə Belarus və Rusiyanın birgə keçirdiyi “Qərb-2017” təlimini yüksək dəyərləndirib. 
Qeyd edək ki, “Qərb-2017” təlimi sentyabrın 14-dən 20-nə qədər olan müddətdə keçirilib. Təlimdə 12,7 min hərbçi iştirak edib.