“Belə ucuz reklam yalnız ermənilərə məxsusdur” - Qara Qarayev

Baxış sayı:
373

"Qarabağ"ın futbolçusu Qara Qarayev "Düdelanj"a qalib gəldikləri oyundan sonra açıqlama verib.
Təcrübəli yarımmüdafiəçi oyunda baş verən erməni təxribatından söz açıb.
"Biz artıq belə təxribatlara hazırıq. Belə ucuz reklam yalnız ermənilərə məxsusdur. Bunu ancaq onlar bacara bilər. Yaşananlar heç də xoş deyildi. Biz idmançıyıq, çalışırıq ki, bayrağımızı daima uca tutaq. Sözsüz ki, bizim reaksiyamız bundan aşağı ola bilməzdi. 
Nəticənin bizim xeyrimizə olduğu anda çalışmalıyıq ki, daha sakit olaq. Hər şey bizim istədiyimiz kimi idi. Pis fikirli insanların oyuna müdaxiləsinin qurbanı olmamalıyıq. Çünki UEFA belə anlarda sərt qərarlar verə bilir. Baş məşqçimiz bizi yenidən toparlayıb tapşırıqlarını verdi ki, biz burdan qalib ayrılmalıyıq".