​Belə sürətli oyun gözləmirdim – Qurban Qurbanov

Baxış sayı:
814

"Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla 2:2 hesablı heç-heçə edib.
Muxalifet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib:
"Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı".