“Belə ittifaq Belarusa lazım deyil.…” - Lukaşenko Rusiya ilə «yaxınlaşmaqdan» imtina etdi​

Baxış sayı:
11314

Belarus prezidenti Aleksandar Lukaşenko bəyan edib ki, konstitusiya və fundamental prinsiplərlə ziddiyyət təşkil edən heç bir inteqrasiya sənədini imzalamayacaq («BelTA»). Onun sözlərinə görə, Belarus üçün başlıca prinsiplər müstəqillik və suverenlikdir. Prezident əlavə edib ki, karbohidrogen tədarükü və Rusiya bazarlarının Belarus məhsullarına açılması üzrə prinsipial məsələlər həll olunmayınca, «yol xəritələri» imzalana bilməz. Belarus hər il 9 milyard dollar itirir. Bu pullar Rusiya bazarlarında qazanılmalıdır. «Bizim qarşımıza maneələr çəkiblər və yeni şərtlər «sırıyırlar»» – deyə, prezident əlavə edib və bildirib ki, belə ittifaq Belarusa lazım deyil. Lukaşenko izah edib ki, Rusiya ilə döyüşmək niyyətində deyil – necə ki, ABŞ Çinlə döyüşür. Amma Minsk təsərrüfat subyektləri üçün bərabər şərait tələb edir.