Belə dünyada yaşamaq istəmirəm - Ərdoğan

Güclünün haqlı olduğu dünyada yaşamaq istəmirəm.

Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Vorld Forum”da çıxışı zamanı deyib.
“Təəssüf ki, dünyada ədalət yoxdur. Xüsusilə, iqtisadiyyatı güclü olanın haqlı kimi qələmə verildiyi dünyada yaşayırıq. Belə bir dünyanı qəbul etmək mümkün deyil. Hazırda Türkiyə Suriyadan gələn 3.5 milyon miqranta ev sahibliyi edir. Bu günə qədər xərcləyimiz pul 30 milyardı ötüb. Dünya 5-dən böyük deyirəm. Lakin dünya II Dünya müharibəsinin şərtləri ilə yaşamamalıdır. Dəyişiklik olmalıdır”, - Ərdoğan bildirib.