​Becərdiyi çətənə kollarını könüllü şəkildə polisə verdi

Baxış sayı:
4048

Xudat şəhər sakini kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolunu könüllü şəkildə Quba Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 2-də Xudat şəhər sakini Namik Nəsrullayev Quba RPŞ-nə müraciət edərək, bir ay əvvəl meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq polisə təqdim edib.
Dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəklərdə əkdiyini, lakin sonradan fikrindən daşınaraq həmin bitkiləri hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəldiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.