BDU-ya yeni direktor təyin edildi

Baxış sayı:
11842

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru vəzifəsinə təyinat olub. Muxalifet.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin "Politologiya və sosiologiya" kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub. Qeyd edək ki, A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı salahlı kəndində qulluqçu ailəsində anadan olub. 1985-ci ilin uyun ayından BDU-nun indiki Politologiya və Sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 2008-2013-cü illərdə universitetin Sosial Elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. 2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat Fakültəsinin Politologiya və Sosiologiya kafedrasının dosentidir. O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir. Ailəlidir, iki övladı var. Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.