BDU-nun Tarix fakültəsinin dekanı kim olacaq? – İDDİALILAR BƏLLİDİR, AZ SONRA UNİVERSİTETDƏ ÇƏTİN SEÇKİ GÖZLƏNİLİR...

Baxış sayı:
13263

Bu gün saat 16:00-da Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkisi həyata keçiriləcək. Muxalifet.az-a BDU daxilindəki etibarlı mənbədən daxil olan məlumata əsasən, Tarix fakültəsinin dekanı olmağa iki nəfər iddialıdır. Bunlardan biri 1999-cu ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsini daşıyan professor İsgəndərov Anar Camal oğludur. Anar İsgəndərov İkinci namizəd isə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş prorektoru Hacıyev Sani Tofiq oğludur. Sani Hacıyev Muxalifet.az-ın əldə etdiyi məlumata görə, Tarix fakültəsi əməkdaşlarının 80 faizi Anar İsgəndərovun dekan vəzifəsinə seçilməsinə qarşıdırlar. Həmin şəxslər öz narazılıqlarını onunla əsaslandırırlar ki, A.İsgəndərov vaxtilə separatçı “Talış Muğan Respublikası”nın ilk iclasında “maarif naziri” seçilib. Bu baxımdan onun təkcə BDU üçün deyil, ölkəmiz üçün əhəmiyyətli bir vəzifə olan Tarix fakültəsinin dekanı seçilməsinə ciddi etirazlar var. Onu da qeyd edək ki, A.İsgəndərovla yanaşı, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun ən yaxın kadrlarından biri olan Sani Hacıyevin də Tarix fakültəsinin dekanı vəzifəsinə seçilməsinə etirazlar az deyil. Bu baxımdan, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsinə seçkilərin heç də asan keçməyəcəyi vurğulanır. Xatırladaq ki, Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində, Sani Hacıyev isə 1964-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. Muxalifet.az Redaksiyadan: Mövzuya qayıdacağıq. Yazıda adı hallanan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.