BDU-nun professoru dünyasını dəyişdi

Baxış sayı:
11704

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Arxeoloji və etnoqrafik tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru, professor Arif Mustafayev dünyasını dəyişib. A.Mustafayev 15 iyul 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində doğulub, 1956-cı ildə Qazax Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, ali təhsili 1961-ci ildə fərqlənmə diplomu ilə başa çatdırandan sonra Kürdəmirə tarix müəllimi göndərilib. 1965-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda "etnoqrafiya" ixtisası üzrə əyani aspirant olub. 1961-1963-cü illərdə orduda hərbi xidmətdə olub, 1964-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində senzor işləyib. 1968-1975-ci illərdə Tarix İnstitutunun etnoqrafiya şöbəsində kiçik elmi işçi işləyib. 1975-1978-ci illərdə İnstitutun nəzdində yaranmış Arxeologiya və etnoqrafiya sektorunda elmi katib, 1978-1979-cu illərdə baş elmi işçi vəzifələrində çalışıb. 1989-2001-ci illərdə BDU Tarix fakültəsi nəzdində Azərbaycanın Maddi Mədəniyyət tarixi ETL-in müdiri, 2001-ci ildən sonra BDU-nun Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışıb. Allah rəhmət eləsin!