BDU-nun müəllimi koronavirusdan öldü

Baxış sayı:
1109

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin müəllimi Naqif Nəbiyev vəfat edib.

Bu barədə “Report”a onun tanışları məlumat verib.

Bildirilir ki, N.Nəbiyev koronavirus infeksiyasından dünyasını dəyişib. Onun 60 yaşı vardı.

N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.