​BDU-nun dekan müavini birinci vitse-prezidentin köməkçisi təyin edildi - FOTO

Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Muxalifet.az xəbər verir ki, bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb. Bəs Gündüz Kərimov kimdir?
Gündüz Kərimov "Baker McKenzie" və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.
Birinci vitse-prezidentin yeni köməkçisi 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.
Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.
Gündüz Kərimov evlidir, iki övladı var.
Qeyd edək ki, hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.