​BDU-da əməkhaqqı ödənişi hər ay niyə yubadılır? – “SON 5 AYDIR MAAŞIMIZI UNİVERSİTET GECİKDİRİR…”

Baxış sayı:
9093

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızda bəlli səbəblərdən adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, son aylar BDU-da maaşlar gecikdirilir: “Mən 7 ildir ki, Bakı Dövlət Universitetində fəaliyyət göstərirəm. İndiyə qədər aylıq maaşımız vaxtında verilirdi. Belə ki, ayın 31-də və ya 1-də artıq maaşımız alırdıq. Son 5 aydır ki, hər dəfə bizim maaşımızı universitet gecikdirir(Maaşı “Kapital Bank”dan alırıq). Mən özüm Memarlıq və İnsaat Universitetindən və digər universitetlərdən də soruşmuşam, onlar vaxtı-vaxtında maaşlarını alırlar. Sözüm ondadır ki, bizim maaş hər dəfə niyə ayın 5-də və ya 6-da verilməlidir? Bunun səbəbi nədir? İndicə aldığım məlumata görə, maaşımızı yenə də ayın 6-da verəcəklər. Amma mənim evdə 2 körpə balam var, acdırlar. Hamımız maaşı gözləyirik, 300 manat maaş alırıq, onu da yuvadırlar. Bu gün universitetdə hamı narazılıq edirdi. Hamı maaşı gözləyirdi… Sizdən artıq dərəcədə xahiş və rica edirəm ki, saytınızda bununla bağlı xəbər dərc edəsiniz, bəlkə problem aradan qalxar...”. Muxalifet.az Redaksiyadan: İş gününün sonu olduğundan qarşı tərəfin mövqeyini dərc edə bilmədik. Mövzunu aydınlaşdırmağa çalışacağıq.