​BDU-da kadr dəyişikliyi: Nazim Məcidova vəzifə verildi

Baxış sayı:
6748

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.
Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.
Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.