​BDU bu vəzifələr üçün müsabiqə elan etdi

Baxış sayı:
5185

Kafedra müdiri vəzifəsi seçkilidir. Qeyd olunan kafedra müdirlərinin səlahiyyət müddəti bitdiyinə görə müsabiqə elan edilib.
Bu sözləri  Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahiova universitetin kafedara müdirləri vəzifəsi üçün elan edilən müsabiqə ilə bağı danışarkən bildirib. P.İbrahimova bildirib ki, kafedra müdirlərinin müvafiq səlahiyyət müddəti bitdikdən sonra yenidən seçilməsi üçün səsvermə keçirilir:
“Prosedur qaydası belədir. Kafedra müdiri seçki yolu ilə keçirilir”.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Bitki fiziologiyası, Üzvü kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedaqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedaralarının müdir vəzifəsi üçün müsabiqə elan edib. Müsabiqədə iştirak edib qeyd edilən vəzifələri tutmaq istəyənlər sənədlərini 1 ay müddətində BDU-ya təqdim etməlidir.
Bundan başqa, universitet vakant professor - müəllim vəzifəsini tutmaq üçün də müsabiqə elan edib.
Belə ki, Riyaziyyat və onun tədrisi metodikası (müəllim - 1 yer), Riyazi analiz (dosent - 2 yarımştat), Ali riyaziyyat (dosent - yarım ştat), İdarəetmə nəzəriyyəsinin riyazi üsulları (professor – 1 yer), Fizika elektronika (professor – 1 yer, professor – yarımştat, dosent – 1 yer, müəllim – yarımştat), Yarımkeçiricilər fizikası (dosent – yarımştat), Nəzəri fizika (professor – 1 yer), Ümumi və qeyri-üzvi kimya (dosent – 1 yer), İnsan və heyvan fiziologiyası (dosent – 1 yer), Botanika (müəllim – 1 yer, müəllim – yarımştat), Mikrobiologiya (dosent – 1 yer), Genetika və təkamül təlimi (dosent – 1 yer), Ekoloji kimya (professor – yarımştat, baş müəllim – 1 yer, dosent – 1 yer), İqtisadi və sosial coğrafiya (dosent – 1 yer), Azərbaycan dilçiliyi (dosent – 1 yer), Dünya ədəbiyyatı (dosent – 1 yer), İngilis dili (təbiət fakültələri üzrə) (dosent – 1 yer, müəllim – 1 yer), İngilis dili (humanitar fakültələr üzrə) (baş müəllim – 1 yer, müəllim – yarımştat), Rus dili (təbiət fakülətələri üzrə) (baş müəllim - 1 yer), Rus dilçiliyi (dosent – 1 yer), Azərbaycan tarixi (humanitar fakültələr üzrə) (müəllim – yarımştat), Azərbaycan tarixi (təbiət fakültələri üzrə) (dosent – 1 yer), Asiya və Afrika ölkələri tarixi (dosent – 1 yer), Arxeologiya və etnoqrafiya (dosent – 1 yer), Beynəlxalq ümumi hüquq (dosent – 1 yer), Kosntitusiya hüququ (professor – yarımştat), Dövlət və hüquq nəzəriyyəsi və tarixi (professor – yarımştat), Dünya iqtisadiyyatı (dosent – 1 yer, müəllim – yarımştat), İqtisadiyyat və idarəetmə (müəllim – yarımştat), Diplomatiya və müasir inteqrasiya prosesləri (dosent – yarımştat), Beynəlxalq münasibətlər (müəllim – yarımştat), Ərəb filologiyası (dosent – 1 yer), Türki filologiyası (dosent – yarımştat), Politologiya və sosiologiya (professor – 1 yer), Pedaqogika (dosent – yarımştat), Kitabxana resursları və informasiya axtarış sistemləri (dosent – yarımştat) və Biblioqrafiyaşünaslıq (müəllim – yarımştat, dosent – yarımştat) kafedralarında vakansiya var.