ƏBƏDİ İNQİLABLAR ÖLKƏSİ:ölkədə Kokand xanlığını bərpa edən Qırğızıstan prezidenti Jeenbekovu nə xilas edə bilər? – Araşdırma

Baxış sayı:
12088

Aleksandr Knyazyev, tarix elmləri doktoru, Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert

Nezavisimaya gazeta, 02.09.2019

Əlbəttə, Qırğızıstanda açılan yeni siyasi qarşıdurma mövsümü Sooronbay Jeenebekovun cəmi iki il qabaq öz varisi kimi seçilməsinə təşəbbüs göstərmiş  keçmiş prezident Almazbek Atambayevlə şəxsi münaqişəsi deyil və bu məqamda fəaliyyətdəki prezidentlə razılaşmaq olar. Qırğızıstanın konkret durumunda hətta öz qəbilələrinin, əslində, ictimai təmsilçiləri olan bu adamların soyadları da ikinci dərəcəlidir.

Ümumiyyətlə isə, belə bir model xeyli sayda ölkədə yayılıb və ideal variantda prezidentin vəzifəsi cəmiyyətdəki maraqların güzəştini formalaşdırmaqdır. Lakin Orta Asiyanın yoxsul respublikasında siyasi elitalar qrupunun tərtibi yetərincə özəldir. Bu, bir çox baxımdan sadə coğrafiya, habelə tarixlə müəyyən olunur.

Yetərincə geniş bəllidir ki, Qırğızıstanda əsas daxili ziddiyyətlər şimal-cənub xətti üzrə baş verir, bu, elita adlandırılması qəbul edilən sosial qruplara da aiddir. Ehtimal ki, belə bir bölgüdən qaynaqlanan bəzi tarixi faktlar az bəllidir. Qırğızıstanın şimal tayfaları öz istəkləri ilə Rusiya İmperiyasının tərkibinə giribsə, cənublular on illiklər boyu Kokand xanlığının tərkibində qalıblar. Və sadəcə qalmayıblar – Qırğızıstanın cənub tayfalarının elitası Kokand xanlığının ayrılmaz hissəsi olmaqla və hərbi sahədə önəmli mövqelər tutaraq ona yüksək dərəcədə birləşmişdi. Bunun nəticəsi bu fakt olub ki, Rusiya o zaman Kokandın faktiki olaraq Rusiyanın arxa cəbhəsinə antirusiya siyasətinin o zamankı gerçəkliklərdə də aşkar Türkiyəyönlü olması üzündən bu feodal anklavının varlığına son qoymağı zəruri sayıb, cənublu qırğızlar antirusiya dirənişinin dayaqlarından biri idilər. Əkisnə, şimali Qırğızıstan manaplarının (yerli liderlər-tərc.) dəstələri imperiya qarşısında borclarını layiqincə yerinə yetirib, Kokand xanlığının tarixinə son qoymaqda öz töhfələrini veriblər. Yeri gəlmişkən, Gulça və Alay, Qırğızıstanın indiki rəhbərliyinin də doğulduğu bu güney bölgələri 1920-1930-cu illərdə daha azğın basmaç hərəkatının mərkəzləri idi.

Sıradakı faktı anlamaq üçün başqa bir önəmli məqam elementar coğrafi mühitdən ibarətdir – çağdaş Qırğızıstanın ərazisi relyeflə aydın şəkildə iki bölümə ayrılır. İndiki ana qədər faktiki olaraq yeganə yerüstü Bişkek-Oş avtoyolu var ki, bu da ümumi iqtisadi məkanı formalaşdırmağa az dərəcədə şərait yaradır. Çar administrasiyası bunu başa düşürdü: çağdaş Qırğızıstanın güneyinin böyük qismi mərkəzi Daşkənd olmaqla Türküstan general-qubernatorluğunun (1886-cı ildən Türküstan məmləkətinin) tərkibinə daxil idi, halbuki şimal mərkəzi Vernıy (indiki Alma-Ata) olan Yeddiçayarası məmləkətə aid idi. Belə bir inzibatiləşdirmə bölgənin o zamankı, indiki anda da bir çox baxımdan saxlanan iqtisadi coğrafiyasına tam uyğun gəlirdi. Qırğızıstanın indiki sərhədlərdəki ərazisi yerli siyasi coğrafiyanın sovet hökuməti tərəfindən layihələşdirilməsinin nəticəsidir.

RSFSR tərkibində Qırğızıstan Muxtar Vilayətinin meydana çıxdığı andan bəri və indiki günədək rəhbərlikdə istənilən əvəzlənmənin o biri üzü cənublular və şimallıların mütləq rəqabəti olub. Atambayev və Jeenbekov heç də istisna deyillər. Qeyd edilməlidir ki, sovet dönəmində ittifaqın Mərkəzi tərəfindən  bu traybalizmin kökü kəsilmişdi və yalnız gizli biçimdə var idi.  O, müstəqilliklə və 2005-ci ildə ilk prezident Əskər Akayev devrildikdən sonra xüsusən çiçəklənib. Bu hadisənin önəmli cizgisi hakimiyyət strukturlarını birbaşa qohumlarla olmasa da, onda tayfadaşlarla, həmyerlilərlə, ya da artıq uyğun olaraq şimallılar və cənublularla doldurmaq cəhdidir. Bu, ən yeni bazar münasibətləri nəzərə alınmaqla Qırğızıstanın fəaliyyətdəki bütün siyasi və yönəltmə sisteminin struktur təməlidir.

Ümumiyyətlə isə, Qırğızıstanda hakimiyyət şəxsi varlanma imkanına bərabərdir ki, bu da o qədər orijinal deyil. Özəllik – resurs, daha çox siyasi mədəniyyət qıtlığındadır ki, bu da personajlardan hər hansı hakimiyyətə gələn kimi hər şeyi və əlüstü götürmək səyləri doğurur. Qırğızıstanda hər bir hakimiyyət dəyişikliyi mülkiyyətin total təkrar bölgüsü ilə, yekunda isə ağırlaşan sosial-iqtisadi geriləmə ilə müşayiət olunur. Büdcədən, kreditlərdən və cürbəcür xarici yardımlardan – yeri gəlmişkən, Rusiyanınkı həmişə üstünlük təşkil edir – vəsaiti korrupsiya ilə doğramaqdan savayı dar hakim elita üçün gəlir qaynaqları getdikcə daha çox kölgə iqtisadiyyatında yerləşir: son illərdə Çin mallarının təkrar geniş ixracından tutmuş Əfqanıstan narkotiklərinə qədər qaçaqmalçılıq üstün gəlir.

Aydındır ki, bu sistemdə hakimiyyət dəyişikliyi bu maliyyə axınlarına nəzarətin yeni mülkiyyətçilərin əlinə keçidini də nəzərdə tutur. Habelə aydındır ki, məşhur kino i qəhrəmanının sözlərilə desək, “çox ağır zəhmətlə qazanılmış hər şeyi” heç vermək istəmirlər. Ziddiyyətlər, Almazbek Şarşenoviç və Sooronbay Şaripoviçin  niyə dalaşdıqlarının artıq daha konkret səbəbləri bundadır.

Münaqişəni siyasi meydana keçirmək müəyyən sosial resurslar tələb edir – istər mitinq edən silahdaşlar, ya da hüquq-mühafizə qurumlarının hərbçiləri olsun. Hər iki tərəfin bununla bağlı durumu sadə deyil. Almazbek Atambayevin həbsi asan keçməyib və bu həbs Sooronbay Jeenbekovun heç də qəti qələbəsini bildirmir. Prezidentin hərəkəti cəmiyyətdə bütünlüklə dəstəklənib, amma “biz Jeenebekov uğrundayıq” prinsipi ilə deyil, “biz Atambayevə qarşıyıq” prinsipindən çıxış etməklə.  Atambayevin bəxti xeyli gətirib ki, prezidentliyi zamanca Qırğızıstanın AİB-ə girməyi haqda yetişmiş zərurətlə obyektivcəsinə üst-üstə düşüb. Əhali Atambayevin bu qərarı fonunda, habelə sosial sarsıntılardan bərk yorulduğuna görə qanunvericiliyin müəyyən etdiyi müddətə, sadəcə, dözdü. İndi onun 7-8 avqustda növbəti “inqilab” təşkil etməkdə heyrətə salan və yekunda qanlı cəhdlərindən sonra gələcəyi yoxdur.

Baş verən münaqişədə isə qaliblər yoxdur, prezident Sooronbay Jeenbekovun gələcəyi hələlik aydın cizgilərə malik deyil. Prezidentliyin iki ili davam edən və ağırlaşan iqtisadi geriləmədən savayı Qırğızıstan siyasi elitası üçün yuxarıda qısaca təsvir edilmiş məxsusi mənfi özəlliyi sərgiləyib. Cənubluların hakimiyyət qurumlarında total nüfuz üstünlüyü və biznesin onların xeyrinə əndazəsiz təkrar bölgüsü, korrupsiyanın ifrat həddi, sosial-iqtisadi inkişafda hətta ən azacıq irəliləyiş layihələrinin yoxluğu, dini mühitdə təşvişli durum, xarici siyasət yönünün qeyri-müəyyənliyi – bütün bunlar və çox-çox başqaları respublikada artıq ucadan müzakirə olunur və bu müzakirələrdə artım tendensiyası var. Aydındır ki, mağmun edilmiş siyasi elita arasında da qisas əhvalının yüksəlişi gedir.

Gələn ilə təyin edilmiş parlament seçkiləri, demək olar, şübhəsiz, durumun yeni kəskinləşməsində katalizator ola bilər. Atambayevin dönəmində Konstitusiyaya edilmiş dəyişikliklər parlamentə, eyni zamanda hökumətə də həyatda hələlik heç cür gerçəkləşdirilməmiş olduqca geniş səlahiyyətlər verir. Səlahiyyətlərin hakimiyyət qanadları arasında bu paylanması həm Jeenebekovun səyləri, həm də təkhakimiyyətliliyin dedikcə güclü ənənəsi ilə güclü ziddiyyətdədir. İndi seçkilər fəaliyyətdəki prezidentin opponentləri üçün legitim üsullar çərçivəsində prezidentə güclü müxalif parlament yaratmaq imkanına biçimlənir. Aydındır ki, hadisələrin belə gedişatı nə Jeenebekovu, nə də çevrəsini qane edir.

Lakin indi hadisələrin istənilən gedişi hakimiyyətin effektivliyini istisna edir. Jeenebekovun ortamüddətli perspektivdə xilası yalnız bundan ibarətdir ki, Qırğızıstan siyasətinin xarici oyunçularından heç biri hələlik – hələlik! – növbəti dövlət çevrilişində maraqlı deyil, Qırğızıstanda isə belə hadisələr xarici dəstəksiz baş vermir. Amma eyni zamanda yatırım iqlimi korrupsiyanın aşağı səviyyəsi – ki, Qırğızıstanda gen-boldur – hakimiyyətin effektivlyinə apriori birbaşa uyğundur və müsbət dəyişimlərin hətta hər hansı azacıq əlamətləri də yoxdur. Qeyd etmək olar ki, respublikada iki prezidentin qarşıdurmasına, demək olar, yanaşı olaraq rəsmi Pekinin sərt reaksiyasını törətmək və Çin yatırımçısının fəaliyyətini dayandırmaqla Çin yatırımçıları ilə çox ciddi münaqişə baş verib. Sabit yatırımlar perspektivdə ancaq Jeenebekovlar ailəsinə bağlı ərəb fondlarından gələ bilər, amma bu, yalnız yeni məscid və mədrəsələrin tikintisinə yatırımlar olacaq…

Keçmiş prezidentin həbsindən əlüstü sonra onun çevrəsinə münasibətdə sürətlə gerçəkləşdirilən sərt repressiv siyasət də cəmiyyətdə ziddiyyətli qavranılır. Bu, müxalifliyin istənilən bəlirtisini istisna etmək, ictimai-siyasi və əlbəttə, iqtisadi məkanı tam inhisara almaq cəhdi kimi görünür. Amma Qırğızıstan beləsindən artıq 2005-2010-cu illərdə keçib, bu gün baş verənlər formul diktə edir: Jeenbekovlar Bakiyevlər 2.0-dır. Tamamilə oxşar cəhdlər keçmiş prezident Kurmanbek Bakiyev üçün  2010-cu ilin aprelində ölkədən qaçmaqla bitib. Başqa oxşarlıqlar da gətirməyi sınasaq, onda indi fəaliyyətdəki prezident tərəfindən Konstitusiyaya və / və ya üzüyola parlamenti təmin etməkdən ötrü seçki qanunvericiliyinə yenidən baxmaq cəhdləri gözləmək olar. Yeri gəlmişkən, bu cəhdlər də qisas əhvalının çoxalmasına təkan ola bilər, Qırğızıstan artıq bundan da keçib. Təbii, Bakiyevlə bağlı oldğu kimi bölgə və nəsil-tayfa bölgüsü cəmiyyətin yeganə olmasa da, amma ən önəmli kriteriyası olacaq.

Respublika avqustun 31-də onu olmuş, olan və hələ olacaq hərc-mərcliyə qərq edən Müstəqillik Gününü qeyd edib. Sovetsonrası dinamik tarix buna gətirib ki, bu gün Qırğızıstan cəmiyyətində hər hansı səriştəli və başlıcası, ümummili maraqlar kriteriyaları ilə düşünməyi bacaran, heç olmasa, bir qədər məsuliyyətli siyasi elitanın yoxluğundan inamla danışmaq olar. Bu, şimallılarda yoxdur, cənublularda da yoxdur. Bu, baş verən hərc-mərcləşmənin təhlükəsini daha da ağırlaşdırır.

Və yüksək təhlükə var ki, ictimai etiraz və qisasçı elitaların əhvali-ruhiyyələri təmasa gələndə “inqilab”ın təşkili üçün indiki dustaq Atambayevdənsə daha uğurlu kimsə tapılar.

Tərcümə Strateq.az-ındır.