BBC-nin əməkdaşı Paşinyanı növbəti dəfə rəzil duruma saldı - "PUTİNƏ DÖRD DƏFƏ ZƏNG ETDİNİZ, O SİZƏ NƏ DEDİ?»

Baxış sayı:
1765

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin müxbiri Con Fişerə müsahibə verib.

Virtualaz.org bildirir ki, jurnalist Ermənistanın baş nazirindən nə üçün tez-tez Vladimir Putinə zəng vurduğunu, ondan nə xahiş etdiyini və Rusiya Prezidentinin ona cavab olaraq nə dediyini soruşub:

- Siz ötən gecə də daxil olmaqla, Rusiya Prezidenti Vladimir Putinlə dörd dəfə danışmısınız. Əgər Ermənistanın ərazisi nəhücum edilərsə, Rusiya sizi hərbi yolla dəstəkləyəcəkmi?

N.Paşinyan:

- Razılaşmaya əsasən, Ermənistan ərazisi ciddi təhlükəyə məruz qalsa, – bu isə bəzi parametrlərlə müəyyənləşdiriləcək, - Rusiya təhlükəsizlik sahəsində müəyyən öhdəliklərə əməl edəcəyini nümayiş etdirəcək.

- Putinlə müzakirələriniz zamanı o, ərazisinə hücum edilərsə, Ermənistanın hərbi dəstək alacağını təsdiqləyib?

-Siyasi şərtlər səbəbindən sualınıza cavab verə bilmərəm. Rusiya Federasiyası əmin etdi ki, onun öhdəlikləri sazişlərlə müəyyən edilir və o, sazişlərə əməl edəcəkdir.

- Bunu sizə Putin deyib?

- Bəli.

...BBC-nin müxbirinin “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında daha da çətin duruma düşdüyünü görən Paşinyan cavab verməyə söz tapa bilməyib. “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənsə də, jurnalistin ard-arda “Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” kimi suallar yağdırması Ermənistanın baş nazirinə tərs sillə kimi dəyib və təbii ki, o, ənənəsinə uyğun olaraq suallara cavab verməkdən yayınaraq məntiqsiz fikirlər söyləyib, sərsəmləməyə başlayıb.

Bir sözlə, N.Paşinyan bu rüsvayçı müsahibəsində nə dərəcədə savadsız, səriştəsiz “siyasətçi” olduğunu bütün dünyaya bir daha göstərib.