​BBC-nin binası qarşısında həyəcan: 3 partlayış

Baxış sayı:
7249

İngiltərənin paytaxtı Londonun mərkəzində BBC-nin ofisində həyəcanlı anlar yaşanıb.
Muxalifet.az xəbər verir ki, BBC-nin binası qarşısında şübhəli mikroavtobus dayanıb. Bundan sonra ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Təhlükəsizlik qüvvələri şübhəli maşında robot qurğu vasitəsilə ətrafdan 3 partlayış törədib. Binaya giriş-çıxış dayandırılıb. Bəzi yollar polis tərəfindən piyada və nəqliyyatın hərəkəti üçün bağlanıb.